Yeni səfir Rəhman Mustafayev Sergey Lavrovla görüşdü
Xarici siyasət
04.10.2024 22:54
Azərbaycan Respublikasının
Rusiya Federasiyasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri
Rəhman Mustafayev Rusiya Federasiyasının Xarici İşlər Naziri Sergey Lavrovla
görüşüb.
TodayPress xəbər verir ki, görüşdə Lavrov Azərbaycan səfirinə fəaliyyətində uğurlar
arzulayıb.
Daha sonra R. Mustafayev Rusiya Federasiyasının Xarici İşlər Nazirinin müavini Mixail Qaluzinlə görüşüb. Söhbət zamanı Rusiya-Azərbaycan münasibətlərinin mütərəqqi inkişafı vurğulanıb, ikitərəfli gündəliyin bəzi aktual mövzuları müzakirə edilib.
Azərbaycan
səfiri etimadnaməsinin sürətini Rusiya XİN başçısının müavininə təqdim edib.
Ən yaxın
dövlətlərarası təmasların cədvəli nəzərdən keçirilib.
tag: Rusiya, Səfir, XİN, Azərbaycan , Lavrov,