Yəmən səfiri etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi - YENİLƏNDİ - FOTO
Xarici siyasət
03.12.2024 15:26
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 3-də Yəmən Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Saleh Əhməd Turiqin etimadnaməsini qəbul edib.
TodayPress xəbər
verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.
Prezident İlham
Əliyev səfirlə söhbət etdi.
Dövlətimizin
başçısı COP29 zamanı Yəmənin vitse-prezidenti ilə görüşünü xatırladaraq, bunun əlaqələrimizin
tarixində bu səviyyədə ilk görüş olduğunu qeyd etdi və orada müzakirə olunan məsələlərin
həyata keçirilməsinin əhəmiyyətini vurğuladı.
Prezident İlham
Əliyev ilk növbədə beynəlxalq müstəvidə qarşılıqlı dəstəyin davam etdirilməsinin,
iqtisadi sahədə, o cümlədən ticarət, sərmayə qoyuluşu və digər istiqamətlərdə
imkanların araşdırılmasının zəruriliyini bildirdi.
Səfir əvvəlcə Yəmən
Prezident Şurasının sədri Rəşad Məhəmməd əl-Aliminin salamlarını və Azərbaycan
xalqının rifahı ilə bağlı yeni uğurlar arzusunu Prezident İlham Əliyevə, həmçinin
Yəmən xalqının salamlarını Azərbaycan xalqına çatdırdı. Dövlətimizin başçısı
salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Yəmən Prezident
Şurasının sədrinə çatdırmağı xahiş etdi.
Məhəmməd Saleh
Əhməd Turiq, eyni zamanda, bu günə qədər beynəlxalq təşkilatlar çərçivəsində Yəmənə
göstərilən dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi və
bunu yüksək qiymətləndirdiklərini dedi.
Səfir COP29-un
çox yaxşı səviyyədə təşkili ilə bağlı təbriklərini ifadə edərək vurğuladı ki,
bu tədbir dövlətimizin başçısının müdrik rəhbərliyini bütün dünyaya göstərdi,
COP29-da iştirak edənlər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın
gücünün, qüdrətinin bir daha şahidi oldular.
Məhəmməd Saleh
Əhməd Turiq Azərbaycan ərazilərinin işğaldan azad edilməsi münasibətilə
Prezident İlham Əliyevi təbrik edərək, bu yaxınlarda Qarabağa səfərini məmnunluqla
xatırladı və bundan şərəf duyduğunu dedi. Səfir dövlətimizin başçısının rəhbərliyi
ilə orada aparılan bərpa və quruculuq işlərinin böyük heyranlıq doğurduğunu
vurğuladı, qısa müddətdə şəhərlərin salınmasının, yol-nəqliyyat qovşaqlarının,
tunellərin ərsəyə gətirilməsinin Azərbaycan dövlətinin gücünün bir daha təzahürü
olduğunu qeyd etdi.
Diplomat Yəmənin
hər zaman Azərbaycanın yanında olduğunu deyərək, iki qardaş ölkə arasında əlaqələrin
möhkəmləndirilməsi ilə bağlı səylərini əsirgəməyəcəyini bildirdi. Səfir Yəmənin
iqtisadi sahədə də Azərbaycanla əməkdaşlıq etməkdə maraqlı olduğunu vurğuladı və
bununla bağlı ölkəsinin iş adamlarının Azərbaycana səfərinin təşkilinin önəmini
qeyd etdi.
Hələ sovet
dövründə Azərbaycanda Yəməndən çoxsaylı tələbənin təhsil aldığını və həmin mütəxəssislərin
müxtəlif sahələrdə Yəmənin inkişafına töhfə verdiklərini deyən səfir yəmənli tələbələrin
ölkəmizdə təhsil alması ənənələrinin davam etdirilməsinin vacibliyinə toxundu.
Söhbət zamanı
Azərbaycanın və Yəmənin beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığı
qeyd olundu, iqtisadiyyat, ticarət, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə
işbirliyi imkanlarının araşdırılmasının vacibliyi bildirildi.
***
11.09
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev dekabrın 3-də Yəmən Respublikasının ölkəmizdə
yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Saleh Əhməd
Turiqin etimadnaməsini qəbul edib.
tag: Prezident, İlham Əliyev, Etimadnamə,Məhəmməd Saleh Əhməd Turiq, todaypress.az,