Yaşar Əliyev Çexiyaya səfir təyin edildi
Yaşar Teymur oğlu Əliyev Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılıb.
TodayPress xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Dövlət başçısının imzaladığı digər sənədə əsasən, Y.Əliyev Azərbaycanın Çexiya Respublikasında səfiri vəzifəsinə təyin edilib.
tag: Yaşar Teymur oğlu Əliyev,Sərəncam,Birləşmiş Millətlər Təşkilatı,İlham Əliyev,todaypress.az,