XİN rəsmisi Aİ-yə çağırış etdi

Xarici siyasət

03.09.2024 17:21

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Avropa İttifaqını (Aİ) Azərbaycanın daxili işlərinə uğursuz müdaxilələr həyata keçirməməyə çağırıb.

TodayPress xəbər verir ki, bu barədə XİN rəsmisi “X” sosial şəbəkəsindəki hesabında yazıb.

"Avropa İttifaqının Xarici Fəaliyyət Xidməti rəsmilərini Azərbaycanın daxili işlərinə müdaxilələrinin uğursuz olduğunu anlamağa və bəzi Aİ dövlətlərinin daxili problemlərinə diqqət yetirməyə çağırırıq" deyə o, qeyd edib.

tag: Ayxan Hacızadə ,XİN, Avropa İttifaqı, Azərbaycan, Fəaliyyət, todaypress.az,