XİN rəhbərləri geniş tərkibdə görüş keçirdi - FOTO

Xarici siyasət

16.01.2025 16:47

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə geniş tərkibdə görüş keçirib.

TodayPress xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "X" hesabında məlumat paylaşılıb.

Görüşdə Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının siyasi, təhlükəsizlik, iqtisadi, enerji, nəqliyyat-kommunikasiya, humanitar ölçüləri, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələlər müzakirə edilib.

Ceyhun Bayramov gürcüstanlı həmkarını münaqişədən sonra regional yenidənqurma, minalardan təmizləmə və sülh səyləri, eləcə də davamlı sülh prosesinə qarşı mövcud problemlər barədə məlumatlandırıb.

tag: XİN, Azərbaycan, Ceyhun Bayramov ,Regional, todaypress.az,

photo
photo
photo