XİN başçısı: “Ermənistan tərəfindən Azərbaycan torpaqlarında 1 milyondan çox mina basdırılıb"
“Ermənistan tərəfindən işğal dövründə Azərbaycan torpaqlarında 1 milyondan çox mina basdırılıb. Bu istiqamətdə Azərbaycanın dövlət qurumları və beynəlxalq təşkilatların yardımı ilə ciddi təmizləmə işləri aparılıb”.
TodayPress xəbər verir ki, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov bunu aprelin 25-də ATƏT-in baş katibi Feridun Sinirlioğlu ilə birgə keçirilən mətbuat konfransında deyib.
Nazirin sözlərinə görə, ümumilikdə 400 nəfərə yaxın insan mina qurbanı olub. Onlardan 70 nəfəri həyatını itirib.
"Əfsuslar olsun ki, onların böyük əksəriyyəti mülki insanlardır".
Töhfə Səməd
tag: Ermənistan,Ceyhun Bayramov,ATƏT-in baş katibi,Feridun Sinirlioğlu,Todaypress.az,