XİN başçısı: “Aİ Azərbaycanın əsas ticarət tərəfdaşıdır”

Xarici siyasət

25.04.2025 13:34

9

“Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır”.   

TodayPress xəbər verir ki, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov bunu aprelin 25-də Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallas ilə birgə keçirilən mətbuat konfransında deyib.   

Nazirin sözlərinə görə, 2024-cü ildə Azərbaycanla Aİ arasında ticarət dövriyyəsi 20 milyard ABŞ dolları təşkil edib.    

“Azərbaycan uzun illər Aİ üçün hər zaman proqnozlaşdırıla bilən əməkdaş olub. Bunlar arasında enerji tərəfdaşlığı xüsusi vurğulanmalıdır. Eyni zamanda Azərbaycan Avropa üçün əsas ixracatçılardan olub. Məlumdur ki, Azərbaycanın qaz təchizatı siyahısı 12 ölkədən ibarətdir. Onlardan 10-u məhz Avropa ölkəsidir”.   

Töhfə Səməd

tag: Kaya Kallas,Aİ,Nümayəndə,Azərbaycan,Ticarət,Ceyhun Bayramov,Todaypress.az,