XİN: Aktauda baş verən təyyarə qəzası ilə bağlı Rusiya tərəfindən istintaqın başa çatmasını gözləyirik

Xarici siyasət

10.05.2025 12:04

24

"Aktauda baş verən təyyarə qəzası ilə bağlı Rusiya tərəfindən həmin istintaqın başa çatmasını gözləyirik”. 

TodayPress xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov deyib. 

Nazir bildirib ki, Rusiya tərəfi ilə təmaslar davam edir: “Bizə deyilir ki, istintaq davam edir”.

tag: XİN,Aktau,Qəza,AZAL,Rusiya,Todaypress.az,