Xankəndidə 7-ci ADA Siyasi Forumu başladı - YENİLƏNDİ

Xarici siyasət

08.04.2025 11:34

34

Azərbaycanın Xankəndi şəhərində, Qarabağ Universitetində keçirilən "Yeni Dünya Nizamına Doğru" mövzusunda 7-ci ADA Siyasi Forumu başlayıb. 

TodayPress xəbər verir ki, forumun Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin idarə heyətinin sədri Fərid Şəfiyevin moderatorluq edəcəyi birinci panelində “Geosiyasi dəyişikliklər və onların regional suverenliyə təsiri” mövzusu müzakirə ediləcək. 

“Yeni dünya nizamı: İqtisadi transformasiya və rəqəmsal inqilabdan gözləntilər” mövzusundakı ikinci panelin moderatoru isə ADA Universitetinin prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadə olacaq. 

Qeyd edək ki, tədbir öz işini aprelin 9-da Bakıda davam etdirəcək.

***

09:30

Bu gün Xankəndidə keçiriləcək “Yeni Dünya Nizamına Doğru” mövzusunda VII ADA Siyasi Forumunun iştirakçıları Füzuli Beynəlxalq Hava Limanına gəliblər. 

TodayPress xəbər verir ki, ADA Universiteti və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçiriləcək tədbir Qarabağ Universitetində baş tutacaq. 

Qeyd edək ki, Forumda Yaponiya, ABŞ, Birləşmiş Krallıq, Çin, Hindistan, İtaliya, Almaniya, İspaniya, Türkiyə, Rusiya, Qazaxıstan, İordaniya Haşimilər Krallığı və digər ölkələrdən olan ekspertlər, beyin mərkəzlərinin nümayəndələri iştirak edəcəklər.

tag: ADA,Siyasi,Forum,Füzuli,Todaypress.az,