WAKO prezidenti Heydər Əliyevin məzarını ziyarət etdi

Xarici siyasət

03.03.2025 13:48

1073

Dünya Kikboksinq Təşkilatları Assosiasiyasının (WAKO) prezidenti Roy Beyker və vitse-prezidenti, Türkiyə Kikboksinq Federasiyasının prezidenti Salim Kayıcı Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər.

TodayPress xəbər verir ki, rəsmilər abidənin önünə əklil və gül dəstələri qoyublar.

Ulu Öndərin əziz xatirəsi böyük ehtiramla yad edilib.

Qonaqlar daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də gül dəstəsi qoyub, əziz xatirəsini ehtiramla anıblar.

Qeyd edək ki, martın 5-dək Bakıda səfərdə olacaq federasiya rəsmilərinin Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyinin rəhbərliyi və Azərbaycan Kikboksinq Federasiyanın fəxri prezidenti Adil Əliyevlə görüşləri nəzərdə tutulub.

tag: WAKO,Kikboksinq ,Assosiasiya,Roy Beyker,Salim Kayıcı,Fəxri xiyaban,todaypress.az,