Vyetnamın KP MK-nın Baş katibi Şəhidlər xiyabanını ziyarət etdi
Azərbaycanda dövlət səfərində olan Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam mayın 8-də Şəhidlər xiyabanını ziyarət edib.
TodayPress xəbər verir ki, Baş katib To Lam Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Sonda Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən qonağa Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
tag: Vyetnam,Baş Katib,Azərbaycan,Səfər,Todaypress.az,