Vuçiç Prezident İlham Əliyevə Kosovo məsələsi ilə bağlı dəstəyinə görə təşəkkür edib
Xarici siyasət
27.05.2024 19:36
“Bizim üçün ən mühüm milli və dövlət əhəmiyyəti daşıyan Kosovo və Metohiya məsələsi ilə bağlı göstərdiyiniz diqqət və dəstəyə görə də təşəkkür edirəm”.
TodayPress xəbər verir ki, bu
fikirləri Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Prezident İlham
Əliyevə təbrik məktubunda bildirib.
“Serbiya Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunmasında
Azərbaycan Respublikasının göstərdiyi prinsipial və qəti dəstək ölkənizin
beynəlxalq hüququn əsas prinsiplərinin qorunmasına sadiqliyinin göstəricisidir.
Əmin olun ki, Serbiya Respublikası da Azərbaycan Respublikasının suverenliyini
və ərazi bütövlüyünü dəstəkləməyə davam edəcəkdir”, - məktubda qeyd olunur.
tag: Vuçiç, Serbiya, Kosovo, 28may, todaypress.az,