Vladimir Putin Fəxri xiyabanda və Şəhidlər xiyabanında oldu - YENİLƏNDİ

Xarici siyasət

19.08.2024 15:25

Avqustun 19-da Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

TodayPress xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

Azərbaycanda dövlət səfərində olan Rusiya Federasiyasının Prezidenti Vladimir Putin daha sonra Şəhidlər xiyabanını ziyarət edib. Rusiya Prezidenti şəhidlərin xatirəsini anaraq “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

tag: Vladimir Putin, Fəxri Xiyaban, Azərbaycan, Heydər Əliyev, Zərifə Xanım Əliyeva, todaypress.az,

photo
photo