Vilayət Eyvazov BƏƏ-də səfərdədir
Xarici siyasət
11.06.2024 23:55
İyunun 11-də Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Birləşmiş Ərəb Əmirliklərinə səfər edib.
TodayPress xəbər verir ki, bu barədə DİN-in mətbuat xidməti məlumat paylaşıb. Bildirilib ki, səfər çərçivəsində nazir Vilayət Eyvazov Əbu-Dabi şəhərində Birləşmiş Ərəb Əmirliklərinin Baş nazirinin müavini və daxili işlər naziri general-leytenant Şeyx Seyf bin Zayed Əl Nəhyanla görüşü olub.
Görüşdə ölkələrin daxili işlər nazirlikləri arasında ikitərəfli əlaqələr, hər iki xalqın maraqlarına uyğun olaraq təhlükəsizlik məsələləri müzakirə edilib.
tag: Birlə.mi. Ərəb Əmirlikləri, Vilayət Eyvazov, Daxili İşlər Nazirliyi, Əbu-Dabi şəhəri, todaypress.az,