USAID: “Azərbaycan və Ermənistan sülhə nail olmaq üçün səy göstərir”

Xarici siyasət

10.07.2024 16:26

“Azərbaycan və Ermənistan sülh sazişi imzalamağa yaxındır, hər iki ölkə buna nail olmaq üçün səy göstərir”.

TodayPress xəbər verir ki, bu barədə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Samanta Pauer İrəvanda keçirdiyi mətbuat konfransında bildirib.

“Bu gün Ermənistan onilliklərlə davam edən münaqişəyə son qoya biləcək sülh sazişi imzalamağa yaxındır. Ermənistan və Azərbaycan hökumətlərinin nümayəndələri barışığa yönəlmiş danışıqları davam etdirirlər” deyə o, bildirib.

Töhfə Səməd

tag: Azərbaycan, Ermənistan, Sülh, USAID, ABŞ, todaypress.az,