Üç ölkə prezidenti Qlobal Bakı Forumunda iştirak edəcək

Xarici siyasət

07.02.2025 18:04

1821

Üç ölkənin prezidentləri 2025-ci il martın 13-15-də Azərbaycan paytaxtında keçiriləcək Qlobal Bakı Forumunda iştirak edəcək.

TodayPress xəbər verir ki, bunlar Albaniya Prezidenti Bayram Beqay, Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkova və Monteneqro Prezidenti Yakov Milatoviçdir.

Kuala-Lumpurun meri Maimuna Mohd Şərif və BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anhel Moratinos və BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) Baş katibi Rebeka Qrinspanın iştirakı da təsdiqlənib.

tag: Azərbaycan,Bakı,Qlobal Bakı Forumu,Paytaxt,Todaypress.az,