Türkiyənin yeni səfiri Birol Akgün Azərbaycandadır
Türkiyənin Azərbaycana təyin olunan yeni səfiri Birol Akgün Bakıya gəlib.
TodayPress xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyi məlumat yayıb.
Qeyd edək ki, yanvarın 10-da Prezident Rəcəb Tayyib Ərdoğanın qərarına əsasən, Birol Akgün Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Bundan əvvəl Türkiyənin Azərbaycandakı səfiri vəzifəsini Cahit Bağçı icra edib. Diplomatın dekabrın 14-də fəaliyyət müddəti başa çatıb.
tag: Türkiyə,Azərbaycan,Birol Akgün,Bakı,todaypress.az,