Türkiyənin vitse-prezidenti Mehriban Əliyevanı təbrik etdi

Xarici siyasət

29.03.2025 17:37

2437

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu göndərib.

TodayPress xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli Birinci vitse-prezident, Zati-alinizin və qardaş Azərbaycan xalqının Ramazan bayramını səmimi-qəlbdən təbrik edir, bu mübarək bayramın İslam aləmi və bütün dünya üçün sülhə, əmin-amanlığa və səadətə vəsilə olmasını diləyirəm. Zati-alinizə cansağlığı və xoşbəxtlik arzulayıram".

tag: TÜrkiyə,Cevdet Yılmaz,Azərbaycan,Birinci vitse-prezident,Mehriban Əliyeva,Todaypress.az,