Türkiyənin hərbi rəhbərliyi Bakıya gəldi
Xarici siyasət
24.09.2024 03:50
Azərbaycan Respublikasının
müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə Türkiyə
Respublikasının milli müdafiə naziri Yaşar Güler, Silahlı Qüvvələrinin Baş
Qərargah rəisi ordu generalı Metin Gürak, Hərbi Dəniz Qüvvələri komandanı
donanma admiralı Ercüment Tatlıoğlu, Quru Qoşunları komandanı ordu generalı
Selçuk Bayraktaroğlu və Hərbi Hava Qüvvələri komandanı ordu generalı Ziya Cemal
Kadıoğlu "ADEX" 5-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak
etmək üçün Bakıya gəlib.
Müdafiə
Nazirliyinin mətbuat xidmətindən TodayPress-ə bildirilib ki,
türkiyəli qonaqları Heydər Əliyev Beynəlxalq Aeroportunda müdafiə nazirinin
birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik
Kərim Vəliyev və nazirliyin digər rəhbər heyəti qarşılayıb.
Türkiyə
nümayəndə heyətinin Bakıya səfəri çərçivəsində keçiriləcək görüşlərdə
Azərbaycanın qardaş ölkə ilə hərbi əməkdaşlığının perspektiv imkanlarının daha
da genişləndirilməsinə dair müzakirələrin aparılması nəzərdə tutulub.
tag: Türkiyə, Azərbaycan, Hərbi Qoşun,