Türkiyə XİN azərbaycanlıları təbrik etdi

Xarici siyasət

15.09.2024 10:17

Türkiyə Xarici İşlər Nazirliyi Bakının işğaldan azad edilməsindən 106 il dönümü ilə bağlı paylaşım edib. 

TodayPress xəbər verir ki, paylaşımda qeyd olunub: 

“Azərbaycanın gözəl paytaxtı Bakının işğaldan azad edilməsinin 106-cı ildönümü münasibəti ilə azərbaycanlı qardaş və bacılarımızı təbrik edirik. Müstəqillik uğrunda şəhid olan bütün şəhidlərimizi hörmət və rəhmətlə yad edirik”.  

tag: Türkiyə,XİN,Bakı,Azərbaycanlılar,Todaypress.az,