Türkiyə səfirliyi Azərbaycana başsağlığı verdi
Türkiyənin Bakıdakı səfirliyi Gədəbəy rayonunda
Azərbaycan hərbi qulluqçularının qar uçqunu nəticəsində həlak olması ilə
əlaqədar Azərbaycana başsağlığı verib.
TodayPress xəbər verir ki, bu barədə
diplomatik missiyanın sosial şəbəkə hesabında paylaşım edilib.
“Martın 19-da Gədəbəydə qar uçqunu altında qalan iki
Azərbaycan əsgərinin vəfat etdiyini bu gün təəssüflə öyrəndik.
Baş vermiş faciəli hadisə nəticəsində həlak olmuş
qardaşlarımıza Allahdan rəhmət diləyir, Can Azərbaycan xalqına başsağlığı
veririk” başsağlığı mətnində qeyd olunub.
Xatırladaq ki, daha əvvəl qar uçqununa düşmüş
hərbçilərin nəşi tapılmışdı
tag: Gədəbəy, Qar, Uçqun, Səfirlik, Türkiyə, todaypress.az,