Türkiyə səfiri Azərbaycanın İrandakı səfiriyini ziyarət etdi

Xarici siyasət

06.08.2024 14:39

Türkiyənin İrandakı səfiri Hicabi Kırlangıç Azərbaycanın bu ölkədəki Səfirliyinin yeni ünvandakı binasını ziyarət edib. O, səfir Əli Əlizadə ilə görüşüb.

TodayPress xəbər verir ki, bu barədə Ə. Əlizadə özünün “X” hesabında yazıb.

Görüşdə hər iki diplomatik nümayəndəlik arasında əməkdaşlığın davam etdirilməsi və daha da möhkəmləndirilməsinin önəmi vurğulanıb.

tag: Türkiyə, İran, Diplomatik, Əli Əlizadə, Azərbaycan, todaypress.az,