Türkiyə Prezidenti Azərbaycan xalqını təbrik etdi
Xarici siyasət
18.10.2024 21:56
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 18
oktyabr - Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə Azərbaycan
xalqını təbrik edib.
TodayPress xəbər verir ki, Prezident bu barədə
"X"də paylaşım edib.
"Dostumuz, qardaşımız: "iki dövlət, bir
millət" şüarına sahib olduğumuz Azərbaycanın 18 oktyabr - Müstəqilliyinin
Bərpası Gününü ən səmimi arzularımla təbrik edirəm. Prezident, dəyərli qardaşım
İlham Əliyev və bütün Azərbaycan xalqına Türkiyənin salamını çatdırıram"
bildirib.
tag: Ərdoğan,Türkiyə, Prezident, Azərbaycan, todaypress.az,