Türkiyə MMN Soyqırım Günü ilə bağlı paylaşım etdi

Xarici siyasət

31.03.2025 12:28

2776

 Türkiyə Milli Müdafiə Nazirliyi 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib.

TodayPress xəbər verir ki, Nazirliyin rəsmi "X" platformasındakı paylaşımda deyilir:

“107 il əvvəl erməni quldur dəstələri tərəfindən vəhşicəsinə soyqırıma məruz qalmış Azərbaycan türk qardaşlarımızın xatirəsini ehtiramla yad edir, dost və qardaş Azərbaycan xalqının dərdini ürəkdən paylaşırıq”.

tag: Türkiyə,Milli Müdafiə Nazirliyi,31 mart,Soyqırım,Anım Günü,Qan Yaddaşı,Todaypress.az,