Tokayev COP29-un keçirilməsində İlham Əliyevə uğurlar arzuladı

Xarici siyasət

09.08.2024 16:35

“Ölkələrimiz qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək üçün böyük imkanlara malikdir. Ekologiya və iqlim dəyişikliyinin nəticələri ilə mübarizə sahəsində əməkdaşlıq böyük əhəmiyyət kəsb edir”.

TodayPress xəbər verir ki, bu sözləri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astanada keçirilən Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə çıxışı zamanı səsləndirib.

“Biz oxşar çağırışlarla üzləşirik, ona görə də qarşılıqlı fəaliyyətin genişləndirilməsi, koordinasiyanın artırılması və iqlim gündəliyi üzrə təcrübə mübadiləsi xüsusi əhəmiyyətə malikdir. Fürsətdən istifadə edərək, Azərbaycan Prezidentinə, hörmətli dostumuz İlham Heydər oğluna bu payız COP29 qlobal iqlim konfransının keçirilməsində uğurlar arzulayıram” deyə Kasım-Jomart Tokayev bildirib. (azertag.az)

tag: Kasım-Jomart Tokayev, Qazaxıstan,İlham Əliyev,Prezident,COP29, todaypress.az,