Tokayev: “Bakı ilə İrəvan arasında danışıqlar üçün platforma təqdim etməyə hazırıq”
Xarici siyasət
15.10.2024 14:33
Qazaxıstan Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması ilə bağlı danışıqların aparılması üçün Almatı platformasını təqdim etməyə hazırdır.
TodayPress xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ermənistan prezidenti Vaaqn Xaçaturyanla danışıqlar zamanı deyib.
Bundan başqa, tərəflər ticari-iqtisadi, nəqliyyat və logistika, kənd təsərrüfatı, maliyyə, mədəni-humanitar, o cümlədən rəqəmsallaşma sahələrində əməkdaşlığın gücləndirilməsi perspektivlərini müzakirə ediblər.
Həmçinin regional və beynəlxalq gündəlikdəki aktual məsələlər də nəzərdən keçirilib.
tag: Qazaxıstan ,Azərbaycan, Prezident ,Kasım-Jomart Tokayev ,Ermənistan ,Vaaqn Xaçaturyan ,todaypress.az,