Toivo Klaar sərhəddəki görüşün vacibliyindən danışdı
Xarici siyasət
31.07.2024 13:20
Avropa İttifaqının
(Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar
normallaşma prosesi üzrə Ermənistan və Türkiyə xüsusi nümayəndələrinin sərhəddəki
görüşünü vacib adlandırıb.
TodayPress xəbər verir ki, bu barədə Toivo Klaar
"X" hesabında paylaşım edib.
"Dünən
Serdar Kılıç və Ruben Rubinyan arasında Ermənistan - Türkiyə sərhəddində mühüm
görüş oldu. Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması və
kommunikasiyaların yenidən açılması Cənubi Qafqazın daha sabit və firavan
olması üçün vacib elementlərdir" deyə Klaar vurğulayıb.
Xatırladaq
ki, iyulun 30-da Ermənistan və Türkiyənin normallaşma üzrə xüsusi nümayəndələri
Ruben Rubinyan və Sərdar Kılıç sərhəddə görüşüb.
tag: Toivo Klaar,Avropa İttifaqı, Türkiyə,Ermənistan, Cənubi Qafqaz, todaypress.az,