Surinam Prezidenti İlham Əliyevə başsağlığı verdi

Xarici siyasət

31.12.2024 13:15

Surinam Prezidenti Çandrikapersad Santoxi Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.

TodayPress xəbər verir ki, məktubda deyilir:

“Dekabrın 25-də çox sayda insanın həlak olduğu və yaralandığı faciəvi təyyarə qəzası ilə bağlı xəbər bizi dərindən kədərləndirdi. Surinam Respublikasının hökuməti və xalqı adından Azərbaycan Respublikasının hökumətinə və xalqına dərin hüznlə başsağlığı verirəm.

Düşüncələrimiz və dualarımız yaxınlarını itirmiş ailələrin yanındadır. Ümid edirik ki, xəsarət alan sərnişinlər tezliklə və tam sağalacaqlar.

Bu ağrılı-acılı günlərdə Uca Allahdan Sizə və xalqınıza səbir diləyirəm".

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

İlkin məlumata görə, təyyarə fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.

tag: Surinam ,Prezident,Çandrikapersad Santoxi,Azərbaycan ,İlham Əliyev,todaypress.az,