Şimali Makedoniya Prezidenti Azərbaycana rəsmi səfərə gəldi

Xarici siyasət

10.03.2025 21:40

2375

Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova martın 10-da Azərbaycana rəsmi səfərə gəlib.

TodayPress xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Şimali Makedoniya Prezidentini hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşıladılar.

 

tag: Makedoniya, Prezident, Qordana, Azərbaycan, XİN, todaypress.az,