Şimali Kiprin Baş naziri: Prezident İlham Əliyevə öz adımdan və Kipr türkləri adından təşəkkür edirəm

Xarici siyasət

10.04.2025 12:35

16

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Baş naziri Ünal Üstel türk Kiprinə dəstəyini bəyan edən Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü ifadə edib. 

TodayPress xəbər verir ki, ŞKTC hökumətinin başçısı Lefkoşadakı müxtəlif platformalarda Bakı ilə Ankara arasında münasibətlərin “Bir millət, üç dövlət” prinsipinə əsaslanması fikirləri bəyan edilir. 

Ünal Üstel qeyd edib:

“Qardaş Azərbaycanın Prezidenti İlham Əliyevin Şimali Kipr sakinlərini dəstəkləməyə hazır olduğu ilə bağlı sözləri bizi səmimi-qəlbdən sevindirdi. ŞKTC dünya arenasında layiqli yerini tutmağa səy göstərir. Türkiyə və Azərbaycanın bu istiqamətdə dəstəyi bizim üçün həyati əhəmiyyətə malikdir”. 

Onun sözlərinə görə, ŞKTC öz hüquqlarının müdafiəsi üzrə qətiyyətli mübarizəsini davam etdirir.  ŞKTC hökumətinin başçısı vurğulayıb:

“Öz adımdan və bütün Kipr türkləri adından Prezident İlham Əliyevə və onun xalqına səmimi təşəkkürümü bildirirəm”.

tag: Şimali Kipr,Baş Naziri,Ünal Üstel,Prezident,İlham Əliyev,Təşəkkür,Todaypress.az,