Sergey Məlikov İlham Əliyevi təbrik etdi
Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri Sergey
Məlikov Prezident İlham Əliyevi təbrik edib.
TodayPress xəbər verir ki, təbrik məktubunda deyilir:
Azərbaycan
Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham
Heydər oğlu.
Novruz bayramı
münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.
Qədim
dövrlərdən bəri dünyanın müxtəlif yerlərində yaşayan milyonlarla insan üçün bu
bayram baharın gəlişini, təbiətin oyanmasını, həyatın yenidən başlanmasını,
yaradıcılıq gücünü simvolizə və ifadə edir.
Qonaqpərvərlik
və mehriban qonşuluq kimi ən gözəl xalq ənənələrini ehtiva edən Novruz bayramı
cəmiyyətdə dostluğun və qarşılıqlı anlaşmanın möhkəmlənməsində xüsusi əhəmiyyət
kəsb edir. Bu dəyərləri qoruyub saxlamaq və nəsildən-nəslə ötürmək çox
vacibdir. Onlar əbədi mərhəmət, xeyirxahlıq və yaxınlara qayğı göstərmək
ideallarına əsaslanır və bu gün də ümumbəşəri əhəmiyyətə malikdir.
Qoy yeni bahar
Sizin və ölkənizin bütün qardaş xalqı üçün sevinc və xoş dəyişikliklərlə yadda
qalsın!
Sizə bahar
əhvali-ruhiyyəsi və cansağlığı diləyirəm.
tag: Novruz Bayramı, Dağıstan, Təbrik, İlham Əliyev, Prezident, Sergey Məlikov, todaypress.az,