Səlcuq Bayraktar: İllər keçsə də, Xocalı faciəsinin acısı qəlbimizdə təzədir

Xarici siyasət

26.02.2025 14:04

1993

"Baykar" şirkətinin texniki direktoru Səlcuq Bayraktar Xocalı qətliamı ilə bağlı paylaşım edib.

TodayPress xəbər verir ki, o, bu barədə özünün "X" sosial media hesabında məlumat verib.

Səlcuq Bayraktar illər keçsə də, baş verənlərin hələ də ürəklərində olduğunu bildirib.

"Xocalı soyqırımında həyatını itirən qardaşlarımızın xatirəsini ehtiramla yad edirəm. İllər keçsə də, bu faciənin acısı hələ də qəlbimizdə təzədir. Xocalı soyqırımında həyatını itirmiş qardaş və bacılarımızın xatirəsini ehtiramla yad edirəm" deyə paylaşımda qeyd olunub.

tag: Baykar,Bayraktar,Paylaşım,Xocalı,Todaypress.az,