Səid Xətibzadə: “Əməkdaşlığı inkişaf etdirmək niyyətindəyik”

Xarici siyasət

06.05.2025 10:06

20

“Biz əməkdaşlığı inkişaf etdirmək niyyətindəyik”. 

TodayPress xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin (IPIS) rəhbəri, nazir müavini Səid Xətibzadə jurnalistlərə açıqlamasında deyib. 

“İran-Azərbaycan arasındakı münasibətlər çoxvektorludur. Məhz bunu inkişaf etdirmək üçün biz buradayıq. Bölgədə İran və Arbaycan kimi belə sıx tarixi dostluq münasibətlərinə dayanan iki başqa ölkə yoxdur. Biz çalışmalıyıq ki, yaranan süni əngəlləri aradan qaldıraq və əlaqələrimizi öz təbii reysinə qaytaraq” deyə o əlavə edib.   

Töhfə Səməd

tag: Səid Xətibzadə,İran,XİN,Tədbir,Todaypress.az,