Səid Xətibzadə: “Bölgənin geosiyasi vəziyyəti dəyişikliklərə məruz qalıb”
“Bakı və Azərbaycan bizim üçün xüsusi yerə malikdir. Tarix, şeir, ədəbiyyat, mədəniyyət bizi bir-birimizə bağlayır”.
TodayPress xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin (IPIS) rəhbəri, nazir müavini Səid Xətibzadə “Regional proseslər kontekstində Azərbaycan-İran münasibətləri” mövzusunda müzakirələr zamanı deyib.
Onun sözlərinə görə, iki ölkə arasında yeni bir səhifə açılıb. Bu, İran prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri ilə başlayıb.
“Bölgənin geosiyasi və geoiqtisadi vəziyyəti bir sıra dəyişikliklərə məruz qalıb. Bu isə əsas verir ki, iki ölkə məhz bu dəyişikliyə əsasən yeni bir səhifə açsınlar. Azərbaycan və İran prezidentlərinin səyi ilə əminik ki, bu, çox yüksək səviyyədə həyata keçiriləcək”.
Töhfə Səməd
tag: Səid Xətibzadə,İran,XİN,Tədbir,Todaypress.az,