Sahibə Qafarova türkiyəli həmkarına başsağlığı verdi
Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşa TBMM-in sədr müavini Sırrı Sürəyya Öndərin vəfatı ilə əlaqədar başsağlığı məktubu ünvanlayıb.
TodayPress xəbər verir ki, bu barədə Azərbaycan Milli Məclisin Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsindən məlumat verilib.
Məktubda Milli Məclisin sədri mərhumun ailəsinə və yaxınlarına, TBMM-in üzvlərinə şəxsən öz adından və Milli Məclisin deputatları adından başsağlığı verib, mərhuma Allahdan rəhmət diləyib.
tag: Sahibə Qafarova,Numan Kurtulmuşa ,Türkiyə,TBMM,todaypress.az,