Sahibə Qafarova Əbu-Dabidə Şeyx Zayed məscid kompleksi ilə tanış oldu
Parlament nümayəndə heyəti Əbu-Dabidə Şeyx Zayed məscid kompleksi ilə tanış olub.
Bu barədə TodayPress-ə Milli Məclisdən məlumat verilib.
Birləşmiş Ərəb Əmirliklərində rəsmi səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Əbu-Dabidə Şeyx Zayed məscid kompleksini ziyarət edib.
Burada qonaqlara məlumat verilib ki, ölkənin ən böyük məscidi olan bu məscid Birləşmiş Ərəb Əmirliklərinin qurucusu Şeyx Zayed bin Sultan Əl Nəhyanın təşəbbüsü ilə inşa edilib.
Cümə və bayram namazlarında buraya gələnlərin sayı 40 min nəfərə çatır.
tag: Sahibə Qafrova,BƏƏ,Əbu Dabi,Məscid,Todaypress.az,

