Sahibə Qafarova Birləşmiş Ərəb Əmirliklərində rəsmi səfərdədir

Xarici siyasət

05.05.2025 17:51

23

Milli Məclisin sədri Sahibə Qafarova Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) rəsmi səfərdədir. 

TodayPress xəbər verir ki, Əbu-Dabi şəhərinin beynəlxalq hava limanında spiker Sahibə Qafarovanı BƏƏ-nin Federal Milli Şurasının sədri Saqr Qobaş, Azərbaycanın bu ölkədəki səfiri Elçin Bağırov, Dubaydakı baş konsulu Cavidan Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar. 

Milli Məclisin sədrinin səfər çərçivəsində ölkə rəsmiləri ilə bir sıra görüşləri nəzərdə tutulub.

tag: Milli Məclis,Sahibə Qafarova,BƏƏ,Səfər,Todaypress.az,

photo
photo