Şahbaz Şərif İlham Əliyevi Pakistana dəvət etdi

Xarici siyasət

24.02.2025 17:23

2705

Azərbaycanda səfərdə olan Pakistanın Baş naziri Şahbaz Şərif qonaqpərvərliyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib və onu ölkəsinə dəvət edib.

TodayPress xəbər verir ki, bu barədə o, sosial şəbəkədəki səhifəsində yazıb.

"Bu gün Bakıda əziz qardaşım Prezident İlham Əliyevlə gözəl görüş keçirdim. Mənə və nümayəndə heyətimə göstərilən qonaqpərvərliyə görə ona təşəkkür etdim" Ş.Şərif yazıb.

tag: Azərbaycan,Pakistan,Baş nazir,Şahbaz Şərif ,İlham Əliyev,Prezident ,todaypress.az,