Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Bakıda səfərdədir

Xarici siyasət

18.04.2025 22:30

20

Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Bakıda səfərdədir.

TodayPress xəbər verir ki, Narışkin aprelin 17-18-də Bakıda keçirilən “Əfqanıstan: regional qarşılıqlı əlaqə, təhlükəsizlik və inkişaf” konfransında iştirak edib.

Narışkin səfər çərçivəsində həmçinin Azərbaycanın Xarici Kəşfiyyat Xidməti və Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərliyi, eləcə də digər kəşfiyyat orqanlarının rəhbərləri ilə görüşüb.

O, danışıqlarda xüsusi xidmət orqanları vasitəsilə Rusiya-Azərbaycan əməkdaşlığının dinamik inkişaf etdiyi, konstruktiv, qarşılıqlı faydalı və etimad xarakteri daşıdığı, Rusiya Federasiyasının və Azərbaycan Respublikasının milli maraqlarının qorunmasına yönəldiyini bildirib

tag: Rusiya,Xarici Kəşfiyyat Xidməti,Sergey Narışkin, Bakı, SƏfər, todaypress.az,