Rumıniya Prezidenti İlham Əliyevə başsağlığı verdi
Xarici siyasət
28.12.2024 20:38
Rumıniyanın Prezidenti Klaus Verner
İohannis Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.
TodayPress-in məlumatına görə, başsağlığı məktubunda
deyilir:
“Cənab Prezident.
Dekabrın 25-də Bakı-Qroznı reysi ilə hərəkət edən
Azərbaycana məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxlu
sayda insanın həlak olması ilə əlaqədar Rumıniya vətəndaşları və hökuməti
adından Sizə və həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm.
Xəsarət alanların tezliklə sağalmalarını diləyir, həmçinin xalqınızla həmrəy
olduğumuzu bildirirəm.
Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi
xahiş edirəm”.
tag: Ruminya, Prezident, İlham Əliyev, Baş Sağlığı, Aktau, Qəza,