Rəşad Məmmədov Türkiyənin Bakıdakı yeni səfirini qəbul etdi

Xarici siyasət

23.01.2025 20:20

Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov Türkiyənin Bakıya yeni təyin olunmuş səfiri Birol Akgünlə görüşüb.

TodayPress xəbər verir ki, R. Məmmədov bu barədə “X” hesabında paylaşım edib.

Səfir qeyd edib ki, görüşdə Azərbaycan ilə Türkiyə arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti barədə danışıqlar aparılıb:

“Görüş zamanı Azərbaycan ilə Türkiyə arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti haqqında danışdıq və onların inkişafı üçün atılacaq addımlar barədə fikir mübadiləsi apardıq. Əminəm ki, biz qardaş ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsi üçün hörmətli həmkarımla sıx əməkdaşlıqda əlimizdən gələni edəcəyik”.

tag: Azərbaycan,Ankara,Rəşad Məmmədov,Birol Akgün,todaypress.az,