Rasim Musabəyov: “Regionda yeganə güc sahibi Azərbaycandır”
Xarici siyasət
01.10.2024 11:24
"Azərbaycan regional geopolitikanın əsas oyunçusuna çevrilib".
TodayPress xəbər verir ki, bunu Milli Məclisin deputatı Rasim Musabəyov Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikası Milli Məclisində çıxışının müzakirəsi: Müstəqil və prinsipial xarici siyasət” mövzusunda keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, 44 günlük müharibədən sonra regionda yeganə güc sahibinin Azərbaycan olduğu sübut olundu. Ermənistana nə qədər maliyyə ayrılsa da, silah-sursat verilsə də, bu, dəyişməyəcək:
“Ermənistan Qərbə doğru meyillənib. Rusiya, İran və Türkiyənin başı daha çox Cənubi Qafqaza yox, başqa məsələlərə qarışıb. Azərbaycan bu fürsəti itirmir. Bundan səmərəli istifadə edir”.
Millət vəkilinin sözlərinə görə, Fransa ilə münasibətlərimizin pis olması təkcə Makronla bağlı deyil. O, bildirib ki, Fransa parlamentində bütün qüvvələr Azərbaycana qarşı birləşib. Bu münasibətlər sıfıra enməsə də, minimuma enəcək.
Qeyd edək ki, tədbirdə Prezident İlham Əliyevin VII çağırış Milli Məclisin ilk iclası zamanı səsləndirdiyi əsas mesajlar, müəyyənləşdirdiyi vəzifə və tapşırıqlar ətrafında geniş fikir mübadiləsi aparılıb.
Günəş Mərd
tag: Rasim Müsabəyov,Deputat,Azərbaycan,Geosiyasi,Mərkəzi Asiya,Qərb,todaypress.az,