Ramin Məmmədov Vyetnama səfərə getdi

Xarici siyasət

05.05.2025 11:18

23

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Vyetnam Sosialist Respublikasının Ho Şi MİN şəhərində "20-ci BMT Vesak Günü" münasibətilə keçirilən tədbirdə iştirak edəcək. 

Bu barədə TodayPress-ə Komitədən məlumat verilib.

6-8 may tarixlərində baş tutacaq tədbirə 80-dən çox ölkədən nüfuzlu nümayəndələr, dövlət rəsmiləri, alim və siyasətçilər qatılacaq. 

Beynəlxalq mədəniyyət nümayişləri, buddist sərgiləri və akademik panel müzakirələri ilə zəngin olacaq tədbir çərçivəsində paralel akademik konfranslar da təşkil ediləcək.

tag: Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi,Din,Ramin Məmmədov,Vyetnam,Todaypress.az,

photo