Qvineya-bisaulu tələbələri Azərbaycanda təhsil ala biləcək

Xarici siyasət

02.12.2024 13:37

“2015-ci ildən  Azərbaycanda qvineya-bisaulu tələbələrin təhsil alması üçün proqrama başlanılacaq”.   

TodayPress xəbər verir ki, bunu Qvineya-Bisaunun xarici işlər, beynəlxalq əməkdaşlıq və icmalar naziri Karlos Enrike de Xesus Pinto Pereira Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə birgə keçirilən mətbuat konfransında deyib.

O, ikitərəfli əməkdaşlığa başlamağın vacibliyini də qeyd edib.   

Ceyhun Bayramov isə öz növbəsində bu gün Azərbaycanın ali təhsil müəssisələrində Qvineya-Bisaudan olan tələbələrə təhsil təqaüdünün ayrılması məsələsinin də müzakirə edildiyini diqqətə çatdırıb. O vurğulayıb ki, səfər çərçivəsində tələbə mübadiləsi ilə bağlı Azərbaycan Elm və Təhsil Nazirliyində və ali təhsil müəssisələrində də bu məsələlər müzakirə ediləcək, görüşlər keçiriləcək.

tag: Ceyhun Bayramov,Məsələ, Müzakirə,Qvineya-Bisau, XİN, todaypress.az,