Qaya Məmmədov: “Ermənistanda revanşist əhval-ruhiyyəsi artmaqdadır”

Xarici siyasət

01.10.2024 11:47

"Bizim problemimiz təkcə Ermənistanda hansısa revanşist fəaliyyətlə bağlı deyil, onların kütləvi silahlanması ilə bağlıdır" 

TodayPress xəbər verir ki, Milli Məclisin deputatı Qaya Məmmədov bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikası Milli Məclisində çıxışının müzakirəsi: Müstəqil və prinsipial xarici siyasət” mövzusunda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, İkinci Qarabağ müharibəsində Ermənistanda olmayan artilleriya qurğuları indi var. Bundan başqa Ermənistan arsenalını hava hücumundan müdafiə sistemləri ilə gücləndirir. Bu sahədə tərəfdaşları əsasən Fransa və Hindistandır: 

"2020-ci ildə Ermənistanda hərbi xərclər 600 milyard dollar olsa da, indi o 3 milyard dollara qədər artırılıb. Digər təhlükə Ermənistanın Baş Qərargahına xarici hərbi məsləhətçilərin cəlb olunmasıdır. Bəzi dövlətlər deyir siz hərbi sahəyə pul ayırırsınız ona görə onlar silahlanır. Başa düşmürlər ki, Ermənistanda hökümət dairələrində revanşist əhval-ruhiyyəsi var. Digər tərəfdən, beynəlxalq ictimaiyyət onları işğalçı fikirlərindən çəkindirə bilmir. Bunları nəzərə alan Azərbaycan təbii ki, özünümüdafiəni gücləndirməlidir" deyə deputat vurğulayıb. 

O, qeyd edib ki, indiyə qədər işğaldan azad olunmuş ərazilərimizdə tapılan partlamamış hərbi sursatların sayı minaların sayından daha çoxdur.

Günəş Mərd

tag: Qaya Məmmədov,Deputat,İkinci Qarabağ,Müharibə,Ermənistan,Hərbi,Mina,todaypress.az,