Qarabağ həmişə Azərbaycanın olub - Simonyan
Xarici siyasət
22.10.2024 13:15
Ermənistan parlamentinin sədri Alen Simonyan keçmiş Dağlıq Qarabağın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olduğunu bəyan edib.
TodayPress xəbər verir ki, bu barədə o, Ermənistan parlamentində bildirib.
Qeyd edək ki, Alen Simonyan bir neçə gün əvvəl “Azadlıq” radiosuna müsahibəsində bildirmişdi ki, Azərbaycan Qarabağda əməliyyatı BMT-nin ən azı 3-4 qətnaməsi çərçivəsində həyata keçirib. Ermənistan parlamentinin müxalif fraksiyadan olan deputat Geqam Manukyan Simonyana iradını bildirib.
“Hər sözdə hansısa məna axtarmaq, hər kəlməni müxtəlif cür yozmaq olar. Lakin fakt faktlığında qalır ki, bizim haqqında danışdığımız ərazi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olub, indi də belədir” deyə Alen Simonyan cavabında bildirib.
tag: Ermənistan, Alen Simonyan, Azərbaycan, Qarabağ, BMT, todaypress.az,