Qara Dəniz İƏT-in Parlament Məclisinin Baş katibi Prezident İlham Əliyevi təbrik etdi
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin
Baş katibi Asəf Hacıyev Prezident İlham Əliyevi təbrik edib.
TodayPress xəbər verir ki, təbrikdə deyilir:
Azərbaycan
Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm cənab
Prezident.
Sizi təbiətin
oyanışından xəbər verən, ülvi niyyətlər bayramı olan Novruz münasibətilə
ürəkdən təbrik edir, fəaliyyətinizdə uğurlar, möhkəm cansağlığı arzulayıram.
Novruz təbiətə,
cəmiyyətə yeni nəfəs gətirərək ölkəmizdə hər bir ailəyə sevinc bəxş edir. Bu
gün Sizin rəhbərliyinizlə ölkəmizin işğaldan azad olunmuş torpaqlarında böyük
bərpa işləri həyata keçirilir, vaxtilə doğma torpaqlarından didərgin düşmüş
həmvətənlərimiz öz yurdlarına qayıdır və onlar üçün müasir tələblərə cavab
verən şərait yaradılır. Siz işğaldan azad olunmuş bölgələrimizi tez-tez ziyarət
edərək göstərirsiniz ki, Azərbaycanın hər qarış torpağı Zati-aliniz üçün doğma
və əzizdir, orada işlər Sizin ciddi nəzarətiniz altında həyata keçirilir.
Möhtərəm cənab
Prezident, Sizin xalqa arxalanaraq Azərbaycanın bütövlüyü uğrunda apardığınız
fövqəladə vacib siyasətiniz ölkəmizin hər bir vətəndaşı tərəfindən dəstəklənir.
Sizə ali
dövləti fəaliyyətinizdə böyük uğurlar, cansağlığı və ailə səadəti arzulayıram.
tag: Təbrik, İlham Əliyev,Prezident, Ramazan, Bayram, Asəf Hacıyev, todaypress.az,