Prezidentlər Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralında oldular - YENİLƏNDİ
Xarici siyasət
19.08.2024 22:04
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin avqustun 19-da Bakıda Müqəddəs
Mürdaşıyan Zənənlər Kafedralında olublar.
TodayPress xəbər
verir ki, dövlət başçılarına Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralı barədə məlumat
verən Bakı və Azərbaycan yepiskopu Aleksiy dedi:
- Hörmətli
Vladimir Vladimiroviç, hörmətli İlham Heydər oğlu, sizi Bakı şəhərinin Kafedral
kilsəsində salamlamağa şadam, bu, mənim üçün böyük şərəfdir. Üstəlik, bu gün
İsa Peyğəmbərin mücəssəməsi günüdür.
Bu məbəd 2003-cü ildə azərbaycanlı mesenatların səyləri və
Heydər Əlirza oğlu Əliyevin bilavasitə qayğısı ilə bərpa olunub və rəsmi olaraq
açılıb. Bakı şəhərində məbədlərin bir çoxu Azərbaycan hökumətinin vəsaiti ilə bərpa
edilib. Ona görə də Azərbaycanın bütün pravoslavları adından İlham Heydər
oğluna təşəkkür etmək istəyirəm.
Prezident Vladimir
Putin: Gözəldir. Sağ olun ki, dəstəkləyirsiniz.
Prezident İlham
Əliyev: Bizim pravoslav vətəndaşlarımızın özlərini evlərindəki kimi hiss etmələrinə
şadıq. Bu, hamının vahid dost ailə kimi yaşaması, dövlətimiz üçün böyük dəyərdir.
Həm xristian, həm müsəlman, həm də yəhudi bayramlarını birlikdə keçiririk. Odur
ki, burada belə bir vəhdət var.
***
Bildirildi ki, Bakı
yeparxiyasının mərkəzi - Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralı və ya “Jen
Mironosits” pravoslav kafedral kilsəsi 1909-cu ildə memar M.Verjbitskinin layihəsi
əsasında rus üslubunda, məşhur Azərbaycan milyonçusu və xeyriyyəçisi Hacı
Zeynalabdin Tağıyevin şəxsi maddi yardımı və ianələr hesabına inşa edilib. Kilsənin
açılışında o dövrün görkəmli siyasi və din xadimləri iştirak ediblər.
Kommunist rejimi
dövründə məbəddən anbar kimi istifadə olunub, bir müddət sonra isə idmançıların
ixtiyarına verilib.
Məbədin binası
1991-ci ildə Rus Pravoslav Kilsəsinin sərəncamına verilib və burada təmir-bərpa
işləri aparılıb.
Moskvanın və bütün
Rusiyanın Patriarxı II Aleksiy Azərbaycana səfəri zamanı 2001-ci il mayın 27-də
bu məbədi müqəddəs elan edib və ona baş kafedral kilsə statusu verib.
Azərbaycan və Rusiya
prezidentləri kilsəyə xatirə hədiyyələri təqdim etdilər.
***
19.06
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin avqustun 19-da Bakıda Müqəddəs
Mürdaşıyan Zənənlər Kafedralında olublar.
tag: Prezident, İlham Əliyev, Putin, Rusiya, Azərbaycan,todaypress.az,