Prezidentlər Avropanın enerji təhlükəsizliyini müzakirə etdilər - YENİLƏNDİ
Xarici siyasət
18.07.2024 18:35
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Oksfordda qarşı tərəfin
müraciətinə əsasən Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubb ilə
görüşüb.
TodayPress xəbər
verir ki, görüşdə Finlandiya Prezidenti ATƏT-in fəaliyyətdə olan sədri qismində
regiona səfərini və bu yaxınlarda dövlətimizin başçısı ilə telefon danışığını məmnunluqla
xatırladı, bu telefon danışığı əsnasında müzakirə olunan məsələləri qeyd edib.
Söhbət
zamanı Azərbaycanla Finlandiya arasında ikitərəfli münasibətlərin perspektivlərinə
dair fikir mübadiləsi aparılıb.
Ermənistanla
Azərbaycan arasında sülh gündəliyi ilə əlaqədar məsələlərə toxunulub.
Dövlət
başçısı sülh gündəliyinin irəli aparılması və sülh müqaviləsinin imzalanması
üçün Ermənistanın Konstitusiyasında müvafiq dəyişikliklərin edilməsinin
vacibliyini bir daha vurğulayıb.
Görüşdə
Avropanın enerji təhlükəsizliyi məsələləri müzakirə olunub.
Finlandiya
Prezidenti böyükmiqyaslı tədbir olan COP29-un ölkəmizdə keçirilməsi münasibətilə
dövlətimizin başçısını təbrik etdi. Aleksandr Stubb bu tədbirdə məmnuniyyətlə
iştirak edəcəyini deyərək, onun təşkilində Azərbaycana uğurlar arzulayıb.
Söhbət
zamanı Münxen Təhlükəsizlik Konfransı formatında olduğu kimi, Ermənistanla Azərbaycan
arasında görüşün keçirilməsi barədə Böyük Britaniyanın təklifinin Ermənistan tərəfindən
müsbət cavablandırılmamasının təəccüb doğurduğu bildirildi, bunun başadüşülən
olmadığı çox böyük təəssüflə qeyd edilib.
***
17.33
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Oksfordda qarşı tərəfin
müraciətinə əsasən Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubb ilə
görüşüb.
tag: Prezident, İlham Əliyev,Aleksandr Stubb,Finlandiya, todaypress.az,