Prezidentin köməkçisi: Aİ-nin Ermənistanı regional müstəvidən qoparmağa çalışdığını görürük
İstərdik ki, Avropa İttifaqının (Aİ) bizim regiona qarşı yeni siyasətini görək. Aİ-nin Cənubi Qafqazda siyasəti bir ölkə ilə yekunlaşmamalıdır.
TodayPress xəbər verir ki, bunu XII Qlobal Forum çərçivəsində keçirilən “Geosiyasi Dəyişmələr: Məsuliyyətli Tərəfdaşlıq Rəqabətə qarşı” mövzusunda paneldə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Prezidentin köməkçisi bildirib ki, Aİ-nin Ermənistanı silahlandırması, onu regional müstəvidən qoparmağa çalışdığını görürlər: “Amma biz çalışacağıq ki, Aİ-nin siyasəti regional səviyyədə olsun”.
Prezidentin köməkçisi onu da bildirib ki, postsovet məkanında yeni reallıq göz qarşısındadır: “Azərbaycan yeni reallıqların etibarlı tərəfdaşıdır".
tag: Hikmət HAcıyev,Qlobal,BAkı,Forum,Todaypress.az,